Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində mini-futbol üzrə "Goranboy rayon kuboku" keçirildi

27 iyul 2024 | 12:11

Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Azərbaycan Təhsil  İşçiləri  Azad  Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş Mini futbol üzrə "Goranboy rayon Kuboku" keçirildi. Yarışa şəhər, qəsəbə və kəndlərdən 15 komanda qatıldı. Gərgin mübarizə şəraitində iki ay davam edən kubok yarışının yekun nəticəsinə əsasən 1-ci yeri Alpout FK, 2-ci yeri Goranboy Olimpiya, 3-cü yeri  Xanqərvənd FK komandaları tutdular. Yer tutmuş komandalar diplom, medal, kubok və simvolik olaraq futbol topları ilə mükafatlandırıldılar.

Keçidlər