Goranboy rayonunda yağan leysan yağışların fəsadları aradan qaldırıldı
07 iyun 2025 | 16:41
Goranboy rayonunda yağan leysan yağışları nəticəsində, Goranboy -Aşagı Agcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaratmışdır. Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal yerində monitorinq keçirilmiş və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılmış, yolun hərəkəti təmin edilmişdir.








