Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Velosiped idman növü üzrə turnir keçirildi

28 may 2026 | 10:09
Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin birgə təşkilatçılığı ilə "28 May - Müstəqillik Günü" və "Dünya Velosiped Günü" münasibəti ilə Velosiped idman növü üzrə Goranboy rayon turniri keçirildi.
Yarış məsafəsi 3 km olan turnirə Goranboy UGİŞM-in velosiped bölməsindən 40-a yaxın idmançı qatıldı.
Turnirin qalibləri təşkilat komitəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
Keçidlər