Goranboy rayonunda velosiped idman növü üzrə rayon birinciliyi keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti, Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təskilatcılığı ilə ümumtəhsil məktəblilər arasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində,"Beynəlxalq Velosiped Günü"nə həsr olunmuş velosiped idman növü üzrə rayon birinciliyi keçirildi.Birincilikdə 12 ümumtəhsil məktəbindən 22 şagird mübarizə apardı. Yarışın yekun nəticəsinə əsasən, Yeniyol kənd tam orta məktəbin şagirdi- Kərimov Kamil, Goranboy şəhər 1 nömrəli tam orta məktəbin şagirdi-Bağırov Anar və Xan Qərvənd kənd tam orta məktəbin şagirdi-Teymurov Zaməddin qalib oldular.
Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.