Goranboy rayonunda “Uşağın psixi və emosional inkişafı“ mövzusunda konfrans keçirildi
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Valideyn konfrans”ları çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir. Növbəti konfrans Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. “Uşağın psixi və emosional inkişafı“ mövzusunda keçirilən konfransda valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti, uşağın formalaşmasında ailənin rolu və birgə məsuliyyət məsələləri müzakirə edilib.Bu cür valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etmək və məktəb–ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.








