Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbirlər davam etdirilir

07 may 2026 | 10:41

Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli irs və müasir Azərbaycan” mövsuzunda tədbir keçirildi.Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anıldı.Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirdilər. Daha sonra mərkəzin akt zalında davam etdirilən tədbirdə mövzu ətrafında çıxışlar dinlənildi, rayon musiqi məktəblərinin ifasında konsert proqramı nümayiş etdilirdi

 

Keçidlər