Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir
05 may 2026 | 09:49
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində, “Heydər Əliyev və Təhsil” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Təhsil Sektorunun müdiri, məktəb və körpələr evi - uşaq evinin rəhbərləri və təhsil işçiləri iştirak etdilər.








