Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı “Heydər Əliyev irsi: Su və kənd təsərrüfatının davamlı inkişafı” mövzusunda tədbir keçirildi
04 may 2026 | 17:40
Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı “Heydər Əliyev irsi: Su və kənd təsərrüfatının davamlı inkişafı” mövzusunda tədbir keçirildi
Öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyrət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anıldı.Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirdilər.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafında, eləcə də kənd təsərrüfatının davamlı tərəqqisində müstəsna xidmətlərini xüsusi vurğuladılar.








