Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda "Ümummilli Lider Heydər Əliyevin 101 illiyi"nə həsr olunmuş intellektual bilik yarışı keçirildi.

08 may 2024 | 12:41

Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi,  Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı və  Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin 101 illiyi"nə həsr olunmuş IX-XI sinif şagirdlərindən ibarət komandalar arasında "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışı üzrə Goranboy rayon birinciliyi keçirildi.  Goranboy şəhər 1 nömrəli tam orta məktəbin akt zalında təşkil edilmiş bilik yarışında 16 komanda olmaqla 80 nəfər gəncin iştirak etdi. Qalib komandalar diplom, kubok və medallarla təltif olundular.

1-ci yer -  Yeniyol kənd tam orta məktəbin Qladiator komandası, 

2-ci yer -  Dəliməmmədli şəhər tam orta məktəbin Apokalipsis komandası,

3-cü yer - Yolpaq kənd tam orta məktəbin Reyxstaq komandası. 

 

Keçidlər