Goranboy rayonunda Tikinti Sektorunda 2022-ci ilin nailiyyətləri.
Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, hazırda Azərbaycanda bu proseslər uğurla davam edir. Həmçinin, bu göstəricilər rayon üzrədə müsbət templə irəliləyir. Belə ki, 2022-ci ildə rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən tikinti müəssisələrinin yerinə yetirdikləri işin həcmi 203 milyon 274,1 min manat proqnozlaşdırılıb. Bu göstərici 2017-ci illə müqayisədə 1,4 faiz çox olmuşdur. Qeyd etmək lazımdır ki, ümumi inşaat işlərinin 99,3 faizi qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən yerinə yetirilmişdir.
Ümumilikdə son 4 il ərzində, Goranboy şəhərində 5 mərtəbəli 40 mənzilli, Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli yaşayış binaları, 130 çarpayılıq rayon Mərkəzi Xəstəxanası, Abbasqulular və Gürzalılar kəndlərində modul tipli əsas məktəblər, Goranboy şəhər Olimpiya-İdman Kompleksi tikilmiş, 38 km-lik Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-Tap Qaraqoyunlu yolu çəkilmiş, 30 çarpayılıq Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir edilmiş, “Gilan Holding”in gips-karton, gips və kalsid zavodları, “Evalar Tekstil” MMC-nin tikiş fabriki, Medlife tibb mərkəzi yaradılmışdır. Goranboy şəhər 1 saylı uşaq bağçası-körpələr evi əsaslı yenidənqurmadan sonra, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında, yeni inşa edilmiş 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli, Təhsil Nazirliyi tərəfindən yeni inşa edilmiş 920 şagird yerlik Dəliməmmədli şəhər, əsaslı təmir edilmiş Qaraçinar və Tap kənd tam orta məktəbləri istifadəyə verilmişdir. 14 min nəfər əhalinin istifadə etdiyi 6 kəndi birləşdirən 16 km Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi başa çatdırılmışdır.