Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı Borsunlu kəndində su istifadəçiləri ilə görüş keçirildi

18 avqust 2026 | 15:02

Goranboy Rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə rayonun Borsunlu kəndində su istifadəçiləri ilə görüş keçirildi. Əkin sahələrinin suvarılması ilə bağlı mövcud vəziyyət, su təminatında yaranan çətinliklər, su ehtiyatlarından səmərəli istifadənin təşkili məsələlərinin müzakirə olunduğu görüşdə qarşıya çıxan problemlərin operativ şəkildə aradan qaldırılması, suvarma prosesinin düzgün tənzimlənməsi, suvarmada növbəliliyin təmin edilməsinə nəzarətin təşkil edilməsi və su istifadəçilərinin tələbatının nəzərə alınması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə fikir mübadiləsi aparıldı.

Keçidlər