Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda sərbəst güləş idman növü üzrə turnir keçirildi

02 iyun 2026 | 12:04
Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətiylə sərbəst güləş idman növü üzrə Goranboy rayon turniri keçirildi.
Goranboy UGİM-in güləş bölməsindən 63 idmançının müxtəlif çəki dərəcələri üzrə mübarizə apardığı turnirdə yer tutmuş idmançılar təşkilat komitəsinin diplom, medal və kubokları ilə mükafatlandırıldılar.
Keçidlər