Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda şəhid və qazi ailələrinin uşaqları, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram tədbiri keçirildi.

01 iyun 2022 | 12:48

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə, Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində şəhid və qazi ailələrinin uşaqları, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə” həsr olunmuş bayram tədbiri keçirildi. İcra başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov tədbirdə iştirak etdilər. Tədbirdə 100-ə yaxın şəhid və qazi ailəsinin övladlarına bayram hədiyyələri təqdim olundu.

Keçidlər