Goranboy rayonunda şəhid övladları üçün yay düşərgəsi təşkil olundu
09 avqust 2025 | 16:48
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Elm və Təhsil İşçiləri Həmkralar İttifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə Vətən Müharibəsi şəhidlərinin övladları üçün Aşağı Ağcakənd qəsəbəsində bir günlük yay düşərgəsi təşkil olundu. 20-yə yaxın şəhid övladının iştirak etdiyi düşərgəyə gələn İcra Başçısı Məhərrəm Quliyev uşqalarla səmimi söhbət etdi, onlara xoş arzularını çatdırdı. Goranboy rayonunun gözəl təbiətli dağlıq guşəsində təşkil edilən düşərgə müxtəlif personajların təqdimatında bədii-əyləncəli proqramla davam etdi, unudulmaz xatirələrlə yadda qaldı.








