Goranboy rayonunda "Şəhərsalma və Memarlıq ili" çərçivəsində qanunsuz zəbt olunmuş torpaq sahələrindəki hasarların sökülməsi işləri davam etdirilir
04 may 2026 | 17:01
Goranboy rayonunda qanunsuz zəbt olunmuş torpaq sahələrində müvafiq qanunvericiliyə əsasən hasarların sökülməsi işləri davam etdirilir. Qanunsuz zəbt hallarının qarşısının alınması torpaq sahələrinin düzgün idarə olunması, qanuni mülkiyyət hüquqlarının bərpası və torpaqlardan yalnız qanun çərçivəsində istifadə olunmasının təmin edilməsi məqsədini daşıyır.








