Goranboy rayonunda "Şəhərsalma və Memarlıq ili" çərçivəsində qanunsuz zəbt hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
12 iyun 2026 | 11:43
Rayonun Yuxarı Ballıqaya kəndi ərazisində Aşağı Ağcakənd bələdiyyəsinə məxsus torpaq sahələrində qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz quraşdırılmış hasarların sökülməsi işləri davam etdirilir. Qanunsuz müdaxilələrin qarşısının alınması və bələdiyyə mülkiyyətində olan torpaqların qanuni istifadəyə qaytarılması məqsədi ilə, indiyədək həyata keçirilən tədbirlər nəticəsində 80 hektar torpaq sahəsi qanunsuz hasarlardan təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.








