Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda “Sağlamlıq Klinikası”nın fəaliyyətə başlamasının 1 illiyi ilə bağlı tədbir keçirildi

01 iyun 2026 | 18:48

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri və ictimai fəallar iştirak etdilər. Çıxış edən icra başçısı ölkədə özəl sektorun inkişafına göstərilən dövlət qayğısından danışaraq, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı. Rayon rəhbəri klinikanın gələcək fəaliyyətinə uğurlar arzuladı. Digər çıxışçılar da klinikanın ötən bir il ərzində gördüyü işləri yüksək qiymətləndirərək kollektivə gələcək fəaliyyətində uğurlar arzuladılar. Daha sonra qonaqlar klinikada yaradılmış şəraitlə tanış oldular. Onlar laboratoriya, MRT və UZİ otaqlarına baxış keçirdi, xəstələrə göstərilən tibbi xidmətlərin keyfiyyəti ilə maraqlandılar. Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil olunan sosial aksiya ilə də yadda qaldı. Belə ki, klinika tərəfindən şəhid övladları üçün ödənişsiz tibbi müayinələr həyata keçirildi. Tədbirin sonunda iştirakçılar üçün açıq bufet və çay süfrəsi təşkil olundu. Klinikanın fəaliyyətinin 1 illiyinə həsr olunan tədbir səmimi və xoş atmosferdə başa çatdı.

Keçidlər