Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Qurban bayramı ilə bağlı, heyvan satışı və kəsimi xidməti təşkil olunacaq.

14 iyul 2021 | 16:00

2021-ci il iyul ayının 20-21-də, qeyd olunacaq Qurban bayramı günlərində   qurbanlıq heyvanların satışı və kəsimi vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən yalnız müəyyən edilmiş xüsusi yerlərdə, Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq logistik şəraitə malik kəsim məntəqələrində aparılmalıdır. Qurbanlıq heyvanların diri halda satışının təşkili üçün qeyd edilən kəsim məntəqələrinin yanında müvəqqəti satış düşərgələri yaradılmalı və həmin düşərgələrə gətirilən heyvanlar yalnız kəsim məntəqələrinin baytar həkimləri tərəfindən müayinə olunduqdan sonra kəsilməlidir. Müəyyən edilmiş yerlərdə mütləq qaydada zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirləri həyata keçirilməli, insanların kütləviliyinə, sıx toplaşmasına, habelə ictimai yerlərdə icazəsiz qurbanlıq heyvanların kəsilməsinə və satışının təşkilinə, kütləvi daşınmasına yol verilməməlidir. Bu məqsədlə, Goranboy rayonunun Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi,  Rayon Su-Kanal İdarəsinin həyətində (Çadırtipli heyvan kəsim məntəqəsi) qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcəkdir.

 

Keçidlər