Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Prokurorluq işçilərinin Peşə bayramı qeyd edildi.

01 oktyabr 2024 | 14:18

Goranboy rayonunda  İcra Hakimiyyəti Başçısının, rayonun digər rəhbər şəxslərinin, rayon Prokurorluğu əməkdaşlarının və bir qrup rayon fəallarının birgə iştirakı ilə,  Prokurorluq işçilərinin Peşə bayramı ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra rayon Prokurorluğunun inzibati binasında davam edən tədbiri giriş sözü ilə açan icra  başçısı  Məhərrəm Quliyev, Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə təkmilləşdirilmiş və Prezident cənab İlham Əliyev tərəfindən müasir islahatlarla daha da formalaşdırılmış prokurorluq orqanlarının fəaliyyətindən söhbət açdı. Prokurorluq işçilərini təbrik edən İcra Başçısı peşə fəaliyyətlərində onlara uğurlar arzuladı. Rayon prokurorluğunun bir qrup əməkdaşı rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər.

Keçidlər