Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Prokurorluq işçilərinin Peşə bayramı qeyd edildi.

01 oktyabr 2022 | 11:16

Goranboy rayonunda  İcra Hakimiyyəti Başçısının, rayonun digər rəhbər şəxslərinin və rayon Prokurorluğu əməkdaşlarının iştirakı ilə,  Prokurorluq işçilərinin Peşə bayramı ilə bağlı tədbir keçirildi.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra rayon Prokurorluğunun inzibati binasında davam edən

tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin  başçısı  Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə təkmilləşdirilmiş və Prezident cənab İlham Əliyev tərəfindən müasir islahatlarla daha da formalaşdırılmış prokurorluq orqanlarının fəaliyyətindən söhbət açdı. Prokurorluq işçilərini təbrik edən İcra Başçısı peşə fəaliyyətlərində onlara uğurlar arzuladı.

 

Keçidlər