Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda pambıqçılıq sahəsində bir sıra vacib aqrotexniki tədbirlər həyata keçirilmişdir.

01 avqust 2025 | 15:00

2025-ci təsərrüfat ilində Goranboy rayonunda pambıqçılıq sahəsində bir sıra vacib aqrotexniki tədbirlər həyata keçirilmişdir. Ümumilikdə 1983.3 hektar sahədə müqavilə bağlanmış, həmin ərazilərdə şum, səpin və çıxış tam təmin olunmuşdur. Əkinöncəsi torpaq hazırlığı çərçivəsində 1651.9 hektar sahədə arat şumu aparılmış, 350.5 hektar sahədə isə səpsuvar (əkin qabağı suvarma) tədbirləri yerinə yetirilmişdir. Vegetasiya dövründə alaq otlarına və torpaq strukturlarına qarşı ardıcıl olaraq becərmə işləri görülmüş, belə ki, 1-ci və 2-ci becərmələr 1983.3 hektar sahədə, 3-cü becərmə 1756.8 hektarda, 4-cü becərmə 1488.8 hektarda, 5-ci becərmə isə 1177.8 hektar sahədə aparılmışdır. Bitkilərin su təminatının yaxşılaşdırılması məqsədilə 1698 hektarda 1-ci suvarma, 741 hektarda isə 2-ci suvarma işləri icra edilmişdir. Qeyd edək ki, pambıq sahələrinin suvarılmasında ənənəvi üsullarla yanaşı, müasir pivot suvarma sistemlərindən də istifadə olunur. Bu sistemlər suvarmada səmərəliliyi artırmaqla yanaşı, su itkilərinin qarşısını almağa və məhsuldarlığın yüksəldilməsinə şərait yaradır. Həyata keçirilən bu aqrotexniki tədbirlər məhsuldarlığın artırılmasına və pambıq bitkisinin sağlam inkişafına mühüm töhfə vermişdir.

Keçidlər