Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Oftolmoloq alim, Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

27 aprel 2019 | 16:00

27 aprel 2019-cu il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində  Akademik ictimai xadim, oftolmoloq alim, Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə  əlaqədar tədbir   keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayonun səhiyyə işçiləri iştirak edirdi. Tədbirin bədii hissəsində Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyəti haqqında məlumat verdi. Daha sonra  çıxış edənlər qeyd edib ki,  fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

 

Keçidlər