Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda “Od Çərşənbəsi” qeyd edildi.

06 mart 2024 | 10:47

Goranboy rayonunun XanQərvənd kəndində,  Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində od çərşənbəsi  bayram tədbiri keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının  rəhbərləri, Şəhid ailələri, Qazilər və  rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İcra başçısı tədbir iştirakçılarını,  xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sğlığı, bol ruzi və  sülh-əmin-amanlıq arzuladı. Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin  və incəsənət ustalarının  ifasında  bayram proqramı, folklor nümunələri  təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi,  bayram tonqalı yandırıldı.

Keçidlər