Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda “Müəllimlər Günü” qeyd edildi.

06 oktyabr 2021 | 06:58

“ Müəllimlər Günü “ münasibəti ilə Goranboy rayonunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Təhsil şöbəsinin müdiri, müəllimlər və ziyalılar  iştirak etdi.
          İcra başçısı cənab  Məhərrəm Quliyev   tədbirdə çıxış edərək Ölkədə təhsilin inkişafına dövlət dəstəyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və Ölkənin Birinci Xanımı Mehriban xanım  Əliyevanın   “ Yeniləşən Azərbaycana yeni məktəb “  layihəsinin Azərbaycan təhsilinə qazandırdığı uğurlardan danışdı.
          Müəllimləri bu əlamətdar gün  münasibəti ilə təbrik edən  İcra Başçısı  təhsildə fərqlənən müəllimləri  rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif etdi.

 

Keçidlər