Goranboy rayonunda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı Qaramusalı kəndində maarifləndirici görüş keçirildi
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı Goranboy rayonu ərazisində müasir suvarma sistemlərinin tətbiqinin və istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlər çərçivəsində Qaramusalı kəndində fermer və sahibkarların iştirakı ilə müasir suvarma sistemlərinin üstünlükləri, onların kənd təsərrüfatında su resurslarından səmərəli istifadəyə, məhsuldarlığın artırılmasına və su itkilərinin minimuma endirilməsinə verdiyi töhfə barədə maarifləndirici görüş keçirildi. Görüş zamanı fermer və sahibkarların müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı fikirləri dinlənilərək, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı.








