Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Məhərrəmlik ayı, Aşura günü və dini mərasimlərin təşkili ilə bağlı yaradılmış qərargahın iclası keçirildi

13 iyun 2026 | 10:38
Goranboy rayonunda Məhərrəmlik ayı, Aşura günü və digər dini mərasimlərin təşkili ilə bağlı aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış qərargahın iclası keçirildi.
İclasda dini mərasimlər zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi, vətəndaşların rahatlığının qorunması ilə bağlı görüləcək tədbirlər müzakirə olundu. Aidiyyəti qurumların nümayəndələri tərəfindən hazırlıq işləri barədə məlumat verilərək, mərasimlərin qanunvericiliyin tələblərinə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilməsinin vacibliyi vurğulandı.
Keçidlər