Goranboy rayonunda keçirilmiş tədbir yerli və Türkiyə mətbuatında.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı qələbə keçmiş cəbhə bölgəsi sayılan Tap Qaraqoyunlu kənd sakinlərinin də normal həyat tərzlərinə qayıtmasına şərait yaratdı. Bir zamanlar kəntdə güllə səsləri, barut qoxusu, mərmi qalıqları görülürdü. Bu gün isə tamam başqa bir ab-hava yaranıb. Bunun nəticəsidir ki, Tap Qaraqoyunlu kəndində görkəmli Azərbaycan yazıçısı İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “Gecə keçir” adlı ədəbi-bədii gecə keçirildi və bu tədbir yerli və Türkiyə mətbuatında geniş işıqlandırıldı.
https://sia.az/az/news/culture/884572.html
https://enguncelsonhaber.blogspot.com/2021/08/yazar-yaync-ayb-ebu-uyesi-merhum-ismail.html
https://epiloq.az/ismayil-qarayev%C9%99-h%C9%99sr-olunmus-%C9%99d%C9%99bi-b%C9%99dii-gec%C9%99/