Goranboy rayonunda "İdman Həftəsi" ilə bağlı, "Sağlam həyat" festivalı təşkil olundu.
Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Gənclər Parkında "İdman Həftəsi" ilə bağlı, "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş "Sağlam həyat" layihəsi çərçivəsində festival təşkil olundu. Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclər arasında dostluq və yoldaşlıq əlaqələrinin qurulması, idmanın kütləviliyini artırmaqdır. Festival çərçivəsində yerindən uzunluğa tullanma, topla qaçış, qum kisəsi ilə qaçış, ağırlıqqaldırma, turnikdə dartınma, top çiləmə, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması ("jim"), şahmat, qarın əzələlərinin möhkəmləndirilməsi ("press") üzrə müvafiq normativləri yerinə yetirən 73 nəfər iştirakçıya "qızıl", "gümüş" və "bürünc" stikeri olan sertifikatlar təqdim edildi.