Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirild

15 oktyabr 2022 | 10:47
Goranboy rayon İcra Hakimiyyətinin 2022-ci il üçün mülki müdafiə tədbirləri planına və Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin 2022-ci tədris ili üçün Hazırlıq planına əsasən, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirildi.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən məşqdə Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə hallar üzrə Komissiyası, Goranboy rayon İcra Hakimiyyətinin mülki müdafiə Qərargahı, Aran Regonal Mərkəzinin aidiyyəti struktur bölmələri, müvafiq idarə və təşkilatlar iştirak etdi .
Məşqə mülki müdafiə xidmətləri və həmin xidmətlərdə yaradılmış Ərazi xilasetmə dəstəsindən, Ərazi kəşfiyyat dəstəsindən, Tibb xidmətindən, Rabitə və xəbərdarlıq xidmətindən, İctimai asayişin mühafizəsi xidmətindən, Yanğından mühafizə xidmətindən, Avtonəqliyyat xidmətindən, Mühəndis xidmətindən, Elektrik qəza xidmətindən, Qaz qəza xidmətindən, Su kanalizasiya qəza qrupudan, Kənd təsərrüfatı heyvanlarının və bitkilərin mühafizəsi dəstəsidən və Yol-körpü təmiri qrupu xidmətlərindən 204 nəfər şəxsi heyət və 51 texnika cəlb olundu.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiyə tədbirləri planının reallığa uyğunluğunun yoxlanılması, cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir. Sonda məşqin təhlili aparılaraq yaranan çatışmamazlıqlar diqqətə çatdırılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Keçidlər