Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı diqqətdə saxlanılır, bu istiqamətdə əməli tədbirlər həyata keçirilir.
24 may 2023 | 10:41
Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, aidiyyəti su melorasiya təsərrüfatı mütəxəssisləri və bir qrup yerli fermerlərin iştirakı ilə rayonun Qızılhacılı qəsəbəsi, Xan Qərvənd, Əlirzalı, Yeniyol, Təklə və Aşağı Ballıqaya kəndlərində əkin sahələrinin, mənbəyini Sərsəng su anbarından götürən və Tərtər rayonu ərazisindən keçən Xan arxı adlanan su kanalı və rayonun digər ərazilərində əkin sahələrinin, mənbəyini Kür çayı üzərində qurulan Şəmkir su anbarından götürən Şəmkir Maşın-Su Kanalı vasitəsi ilə suvarma suyu ilə təminatı, bu məqsədlə su itgisinin qarşısının alınması üçün arx və kanalların təmizlənməsi, bərpası işlərinin həyata keçirilməsi və bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı, Xan Qərvənd kəndi ərazisində müzakirələr aparıldı, vətəndaşların müraciətləri üzrə problemləri həll edildi.