Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda COVID-19 xəstəliyi əleyhinə 3-cü doza vaksinasiya işləri sürətlə davam etdirilir.

05 yanvar 2022 | 16:00

Goranboy rayonunda  koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir.  Bu əməli tədbirlərin  müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması diqqətdə saxlanılır.

Goranboy rayonunda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 29638 tibbi test keçirilmiş, bundan 6797 nəfərində diaqnoz təsdiqlənmişdir. 6547 nəfəri sağalmış, 128 nəfər vəfat etmişdir. Hazırda 122 nəfər aktiv xəstə qeydiyyatdadır. Bundan 7 nəfəri  Xəstəxanada, 115  nəfəri isə ev şəraitində müalicə alır.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir. 04 yanvar  2022-ci il tarixə  rayon üzrə ümumilikdə, 113506 doza istifadə olunmuşdur. Bundan: 1-ci doza-53293, 2-ci doza-48058,  3-cü doza-12223 təşkil edir.

 

Keçidlər