Goranboy rayonunda COVID-19 xəstəliyi əleyhinə 3-cü doza vaksinasiya işləri davam etdirilir.
Goranboy rayonunda koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir. Bu əməli tədbirlərin müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması diqqətdə saxlanılır.
Goranboy rayonunda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 27846 tibbi test keçirilmiş, bundan 6701 nəfərində diaqnoz təsdiqlənmişdir. 6316 nəfəri sağalmış, 127 nəfər vəfat etmişdir. Hazırda 258 nəfər aktiv xəstə qeydiyyatdadır. Bundan 43 nəfəri Xəstəxanada, 215 nəfəri isə ev şəraitində müalicə alır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir. 20 dekabr 2021-ci il tarixə rayon üzrə ümumilikdə, 109551 doza istifadə olunmuşdur. Bundan: 1-ci doza-53061, 2-ci doza-47059, 3-cü doza-9431 təşkil edir.