Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Çernobıl faciəsinin 36-cı ildönümü qeyd olundu

26 aprel 2022 | 10:52

26.04.2022-ci il tarixdə Goranboy rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə XX əsrin ən dəhşətli faciələrindən olan Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın 36-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Çernobıl Əlilləri Cəmiyyətinin rayon filialının rəhbərliyi və üzvləri, bir qrup ictimai fəllar iştirak etdilər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini, sonra Çernobıl faciəsi qurbanlarının xatirəsinə inşa edilmiş xatirə abidəsini ziyarət etdilər. Daha sonra tədbir rayon İcra Hakimiyyətində davam etdirildi. Çernobıl faciəsi iştirakçıları ilə görüşən İcra Başçısı Məhərrəm Quliyev faciə qurbanlarının ailə üzvlərinə və çernobıl əlillərinə daim dövlət qayğısının göstərildiyini, onların sosial təminatının və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətlərində silsilə tədbirlərin həyata keçirildiyini və rayonumuzda da bu sahənin diqqətdə saxlanıldığını vurğuladı. Sonda bir qrup çernobıl əlillərinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edildi.

Keçidlər