Goranboy rayonunda barama qurdu kümdarlara paylanıldı.
24 aprel 2023 | 15:06
Son illər ölkə rəhbərinin aqrar sahənin inkişafına göstərdiyi diqqət Goranboy rayonunun bu sektorunun inkişafına da öz müsbət təsirini göstərməkdədir. Bu sahədə barama istehsalı xüsusən gəlirli sahə hesab edildiyindən cari ildə də barama istehsalına kümçülər arasında xüsusi maraq yaranmışdır. 24 aprel 2023-cü il tarixdə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 140 qutu barama qurdu gətirilərək kümdarlara paylanması təmin edilmişdir. Rayonda fəaliyyət göstərən kümdarlara barama istehsalı məqsədi ilə kümxanaların hazırlanmasında mütəxəssislər tərəfindən müvafiq izahatlar verilmişdir.