Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.

26 may 2022 | 12:27

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” Goranboy rayonunda da uğurla icra olunur. Cari ildə rayonda 142 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olan kümçülərə paylanmış və ipəkqurdu toxumu artıq özünün 4-cü inkişaf mərhələsindədir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər və aidiyyəti məsul şəxsləri ilə birgə Səmədabad kəndində saxlanılan baramanın vəziyyəti ilə yerində tanış oldu.

 

Keçidlər