Goranboy rayonunda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla növbəti görüş keçirildi.
23 sentyabr 2021-ci il tarixdə Goranboy rayonu Heydər Əliyev adına Parkda, açıq havada ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla növbəti görüş keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Miili Məclisin deputatı Anar Məmmədov və rayonun ümumtəhsil məktəblirinin yüksək bal toplamış məzunları, müəllimlər, valideynlər və ictimai fəallar iştirak edirdilər. Ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi.Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətləri və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında rayonumuzda görülmüş işlər barədə danışdılar. Daha sonra İcra başçısı və deputat tərəfindən məzun və müəllimlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.