Goranboy rayonunda ali məktəblərə yüksək balla qəbul olan məzunlar və rayonun ümumtəhsil məktəblərinin əlaçı şagirdləri ilə görüş keçirildi.
Goranboy rayonunda ali məktəblərə yüksək balla qəbul olan məzunlar və rayonun ümumtəhsil məktəblərinin əlaçı şagirdləri ilə görüş keçirildi.
Rayon üzrə 79 ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı – 17 428 nəfərdir ki, bundan 837 nəfəri 11-ci sinfi bitirən məzunlardır. Məzunlardan ali məktəblərə sənəd verən 577 nəfərdən 257 nəfəri tələbə adını qazanmışdır.
-500-600 arası bal toplayanların sayı -37 nəfər.
-600-700 arası bal toplayanların sayı -11 nəfər.
Rayon üzrə ən yüksək bal toplayan Tap kənd tam orta məktəbinin şagirdi, 644 bal ilə Azərbaycan Tibb Universitetinin Tibb fakultəsinə qəbul olan Paşayeva Aytac Bəhruz qızıdır.
Bu il ən gənc tələbə adını qazanan məzun, 2006-ci il təvəllüdlü (15 yaşlı), 602 balla Azərbaycan Tibb Universitetinə qəbul olan Həmid Səfərli də Goranboyludur.
14 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Heydər Əliyev adına Parkda, açıq havada ali məktəblərə yüksək balla qəbul olunan məzunlar və rayonun ümumtəhsil məktəblərinin əlaçı şagirdləri ilə görüş keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Miili Məclisin deputatı Ağalar Vəliyev və rayonun ümumtəhsil məktəblirinin yüksək bal toplamış məzunları, əlaçı şagirdlər, müəllimlər, valideynlər və ictimai fəallar iştirak edirdilər.Ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi.Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev və deputat Ağalar Vəliyev Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətləri və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında rayonumuzda görülmüş işlər barədə danışdılar. Daha sonra İcra başçısı və deputat tərəfindən məzun və müəllimlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.