Goranboy rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Qəlbimizdəki Qəhrəmanlar” adlı yürüş keçirildi
26 sentyabr 2026 | 17:09
Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə Gənclər və İdman sektoru, ETİHİ-nin Goranboy rayon komitəsi, Goranboy Gənclər evi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Qəlbimizdəki Qəhrəmanlar” adlı yürüş keçirildi. Rayon gəncləri və ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi yürüş Heydər Əliyev parkından Şəhidlər Xatirə Kompleksinədək davam etdi. Yürüşün sonunda iştirakçılar şəhidlərin foto guşələri önünə gül dəstələri düzərək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər.








