“Goranboy rayonunda 2023-cü ilin 11 ayı ərzində, qanunsuz tikililər və qanunsuz torpaq istifadəçiliyi ilə bağlı, görülmüş işlərin yekunları” barədə RİH Başçısı yanında Şuranın geniş iclası keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Başçı yanında Şuranın növbəti iclası keçirildi. İclasda, Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəisi Vüqar Əliyev, Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, Fövqəladə Hallar Nazirliyi Aran Regioanl İdarəsinin məsul şəxsləri, Şura üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. Şurada, “Goranboy rayonunda 2023-cü ilin 11 ayı ərzində, qanunsuz tikililər və qanunsuz torpaq istifadəçiliyi ilə bağlı, görülmüş işlərin yekunları” barədə geniş müzakirələr aparıldı.
İclasda çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, qanunsuz tikililər, aparılan tikinti işləri zamanı şəhərsalma və arxitektura tələblərinin pozulması, qanunsuz torpaq istifadəçiliyi və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı, RİH Başçısının Sərəncamı ilə rayon İcra Hakimiyyətinin məsul şəxslərindən ibarət, inzibati ərazi dairələri üzrə mobil qrupların təşkil olunduğunu və bu istiqamətdə zəruri əməli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.
İclasda, RİH Başçısının birinci müavini Seymur Nazarov, rayon Prokuroru Kamran Məmmədov, rayon Polis şöbəsinin rəis müavini Rüfət Quliyev, Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəisi Vüqar Əliyev və Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov, müzakirə olunan məsələ barədə mövcud qanunvericiliyin tələbləri və aşkar olunan nöqsanların qanunamüvafiq qaydada aradan qaldırılması ilə bağlı, çıxışlar etdilər.
Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə müvafiq İş və Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.