Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda "2023-cü il - Heydər Əliyev ili"-nə həsr olunmuş Ağır Atletika idman növü üzrə rayon birinciliyi keçirildi.

03 aprel 2023 | 17:04

“2023-cü il – Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Nərimanlı kənd tam orta məktəbin idman zalında  Ağır Atletika idman növü üzrə rayon birinciliyi keçirildi. Yarışda 50-yə yaxın idmançı müxtəlif təvəllüd və çəkilər üzrə iştirak etdilər. Gərgin mübarizə şəraitində davam edən yarışda hər çəki dərəcəsində I, II, III yerləri tutmuş idmançılar  diplomlarla  təltif edildi və növbəti respublika səviyyəli yarışlarda iştirak etmək hüququ qazandılar.

Keçidlər