Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şahin” hərbi-idman oyunu çərçivəsində “Cəsur kadet” sınaq günləri “Gənclər paytaxtı” Goranboy rayonunda keçirildi

19 iyun 2026 | 10:38
Gənclər və İdman Nazirliyi ilə Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, onların fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılması, şanlı Zəfər tarixinin təbliğ edilməsi olub.
Üç gün davam edən 500-dən çox gəncin iştirak etdiyi sınaq günlərində iştirakçılar "Avtomatın sökülüb-yığılması", "Darağa patronların doldurulub-boşaldılması", "Pnevmatik silahla hədəfə atəş açılması", "Airsoft silahla praktiki atışlar", "Qumbara qaçışı", "Elektron tirdən atışlar", "Qum kisəsi ilə qaçış", "Yük maşını təkərinin çevrilməsi", “Şuşa əməliyyatı” qum sandığında, “Zəfər” çadırında təşkil olunan müxtəlif fəaliyyətlərdə öz bacarıqlarını nümayiş etdirdilər. Uğurlu nəticə göstərən gənclərə sertifikatlar təqdim olundu.
Keçidlər