Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə “Səhiyyənin inkişafında Heydər Əliyev yolunun rolu” mövzusunda tədbir keçirildi

13 iyun 2026 | 13:02

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Goranboy rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Səhiyyənin inkişafında Heydər Əliyev yolunun rolu” mövzusunda tədbir keçirildi. Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Rəfayil Mustafayev və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyularaq, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə olundu. Daha sonra tədbir Rayon Mərkəzi Xəstəxanasının akt zalında davam etdirildi.

Keçidlər