Goranboy rayonunda “1 oktyabr – Beynəlxalq Ahıllar günü” qeyd edildi
Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında “1 oktyabr–Beynəlxalq Ahıllar günü” ilə bağlı, tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri və bir qrup ictimai fəalların iştirak etdiyi tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hər zaman ağsaqqallara və yaşlı nəslin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşdığını, onların həyat təcrübəsini və cəmiyyət üçün əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edərək bildirdilər ki, Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasında, adət-ənənələrin yaşadılmasında və gənc nəslin tərbiyəsində ağsaqqalların mühüm rolunu xüsusi vurğulayıb. Natiqlər, Ulu Öndərin bu ənənəyə əsaslanan siyasətinin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd edərək Ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların hüquq və mənafelərinin qorunması, layiqli həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin yaşlı nəslə göstərilən dövlət qayğısının nümunəsi kimi qiymətləndirildiyini bildirdilər. Həmçinin, Goranboy rayonunda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq istiqamətində həyata keçirilən işlər rayon sakinlərinin, o cümlədən ağsaqqalların diqqət və rəğbəti ilə qarşılandığı vurğulandı.








