Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonuna yağan güclü yağış bir sıra fəsadlara səbəb oldu

29 iyul 2024 | 11:41

28 iyul 2024-cü il tarixdə, günün birinci yarısından yağan leysan xarakterli yağış nəticəsində, Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artmış, bir sıra yaşayış məntəqələrində, o cümlədən Qazanbulaq qəsəbəsi, Borsunlu, Nadirkənd, Azad, Dəyirmanlar və Nizami  kəndlərində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisinin verilişində fasilələr yaranmışdır. Mövcud vəziyyətlə bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaşları axşam saatlarından operativ olaraq, ərazilərdə olmuş, aidiyyəti xidmət sahələrinin əməkdaşlarını və lazımi texnikaları ərazilərə cəlb etməklə, fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər görülmüşdür. Hazırda həmin yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatı bərpa edilmiş, fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, selin ziyan vurduğu yaşayış məntəqələrində oldu, mövcud problemlərlə yerində maraqlandı.

Keçidlər