Goranboy rayonuna qar yağır.
11 yanvar 2023 | 11:01
Goranboy rayonunda, 10 yanvar 2023-cü il tarixdən, gecə saatlarından başlayan qarın yağması hazırda davam edir. Mövcud hava şəraiti ilə əlaqədar olaraq, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, aidiyyəti xidmət sahələri ilə birgə, yaşayış məntəqələrində elektrik enerjisi, təbii qaz, rabitə və yol –kommunikasiya xətlərində yaranmış müəyyən problemlərin aradan qaldırılması və vəziyyətin müntəzəm nəzarətdə saxlanılması istiqamətlərində operativ fəaliyyət göstərir.