Goranboy rayonu üzrə 2024-cü ilin iyul ayı ərzində 26 nəfər özünüməşğulluğa cəlb edilmişdir.
24 avqust 2024 | 12:53
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin köməkliyi ilə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna köməklik göstərilməsi məqsədi ilə Goranboy rayonunda cari ilin iyul ayı ərzində, ümumilikdə 26 nəfər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə əmlaklarla təmin edilmiş işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan iş axtaranlar təmin edilmişdir.