Goranboy rayonu üzrə 2024-cü ilin avqust ayı ərzində 19 nəfər özünüməşğulluğa cəlb edilmişdir.
30 sentyabr 2024 | 13:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin köməkliyi ilə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna köməklik göstərilməsi məqsədi ilə Goranboy rayonunda cari ilin avqust ayı ərzində, ümumilikdə 19 nəfər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə əmlaklarla təmin edilmiş işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan iş axtaranlar təmin edilmişdir.