Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu Rus borisi kəndində səyyar görüş keçirildi.

17 may 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 17 may 2019-cu il tarixdə  Rus Borisi kəndinin əhalisi ilə görüş  keçirmişdir.
Görüşdə rayon İcra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə,  müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdi. İcra başçısı sakinləri narahat edən  müraciətləri dinləmişdir. Müraciətlər əsasən işlə təminat, kəndin içməli su xəttinin və kəndə gələn yolun təmiri, kolxoz  sədrinin seçilməsi  ilə bağlı olmuşdur. Qaldırılan məsələlərlə bağlı İcra başçısı müvafiq tapşırıqlar vermiş, icrası nəzarətə götürülmüşdür. Rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi, Goranboy şəhərində aparılan abadlıq-quruculuq işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq,  görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.

 

Keçidlər