Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu Qızılhacılı qəsəbəsində vətəndaşların müraciətləri və sosial qayğıları yerində dinlənildi.

04 mart 2023 | 09:24

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

Bu məqsədlə,  rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini tərəfindən Qızılhacılı qəsəbəsində nöbvəti qəbul keçirildi, sakinlərin müraciətləri, problem və sosial qayğıları yerində dinlənildi. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlər, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli bələdiyyənin iştirakı ilə  yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, müzakirələr aparıldı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.

Keçidlər