Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu Olimpiya İdman Kompleksində komandalar arasında “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirildi.

02 may 2023 | 11:02

Goranboy rayonu Olimpiya İdman Kompleksində, Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Kəlbəcər rayonlarının komandaları arasında “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirildi. 9 mərhələ üzrə maraqlı mübarizə əzmində keçirilən hərbi-idman oyununun yekununda komandalar üzrə ümumi xalların cəminə uyğun olaraq, qalib komandalar aşağıdakı kimi müəyyən edilmişdir:

1-ci  yer – Samux rayon komandası,

2-ci yer – Qazax rayon komandası,

3-cü yer – Göygöl rayon komandası.

Qalib komandalar Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə təltif edilmişlər. I yerin sahibi olmuş komanda "Şahin" hərbi-idman oyununun Respublika mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər